“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “Andoqa” təchizat yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodundaəsaslı təmirdədir. Bu barədə QSC-dən məlumat verilib.
“İşlərə gəminin baş və köməkçi mühərriklərinin, nasoslarının, boru sistemlərinin və elektrik avadanlıqlarının təmiri daxildir. Bununla yanaşı, işçi heyətin yaşayış kayutlarında, sanitar qovşaqlarda və yeməkxanada da təmir işləri gedir”, - məlumatda deyilir.
Həmçinin gəmidə müasir tipli “DEUTZ” tipli dizel-generatorun quraşdırılması, sualtı gövdə hissəsi, hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuların təmiri, sualtı və su üstü hissələri təmizlənib rənglənməsi planlaşdırılır.
Təchizat yedək gəmiləri dənizdə neftqazçıxarma obyektlərinin təchizatında vacib rol oynayrılar.
QSC-nin balansında ümumilkdə 22 təchizat yedək gəmisi var.
“Andoqa” təchizat yedək gəmisi 1984-cü ildə inşa ediloib. Uzunluğu 67,7, eni 13,8 metrdir. **
N.Abbasova