Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların 14-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 52 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.*
R.Babayev