Bakı ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasına dair həmsədr ölkələrin təklifklər paketi üzrə substantiv danışıqların başlanmasının tərəfdarıdır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Əgər Ermənistan Hoaqlandın vurğuladığı prinsiplərin yeni olmadığınıetiraf edirsə, onda artıq substantiv danışıqlara başlamaq lazımdır”, - E.Məmmədyarov “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Avqustun 23-də R.Hoqland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi jurnalistlərlə dəyirmi masada Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan 6 elementdən söz açıb. “Amerikanın səsi”nin verdiyi məlumata görə, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
“Rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır”, - R.Hoqland qeyd edib.
Dərc olunan elementlərə əsasən, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən məskunlaşmaq üçün razılıq ola bilməz.
“ErmənistanlaDağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz geniş dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütünLaçın ərazisini əhatə etməməlidir”, - amerikalı həmsədr vurğulayıb.
Onun sözlərinə görə, münaqişənin uzunmüdətli nizamlanması bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququnu tanımalıdır.
“Nizamlanma prosesinə olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanəti daxil olmalıdır. Bütün tərəflərin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil”, - R.Hoqland qeyd edib. **
F.İsazadə