Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən 8,5 mln. manatın ayrılması haqqında
sərəncam imzalayıb.
Müvafiq sərəncam bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolları 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2017-ci il dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü çərçivəsində büdcədən ayrılacaq.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. **
R.Babayev