Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə ay əvvəl Kürdəmir rayonunda törədilən qətlin üstünü açıblar. Bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda bağlı qalmış qətlin üstü açılıb.
“Üç dəfə məhkum olunmuş Rahim Mirzəyev cinayətin törədilməsində təqsirləndirilənşəxs qismində saxlanılıb”, - məlumatda deyilir.
Martın 22-də Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxs Rahim Mirzəyevin yaşadığı evin həyətində olan tövlədə “TOZ-8” markalı tüfəng aşkar ediblər. N.Qubatovun həmin tüfəngdən atəş nəticəsində öldürüldüyü güman edilir. **
R.Babayev