Xarici işlər naziriElmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Soli Rüstəmi qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
“Görüşdə S.Rüstəm etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib”, - deyə məlumatda bildirilir.
Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Nazir S.Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.*
R.Babayev