“Amnesty Press”in müxbiri İzabella Rozenqrinin adı Dağlıq Qarabağa qanunsuz səfərə görə Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına salına bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“”Amnesty Press”in müxbiri İzabella Rozenqrinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”, - H.Hacıyev “Amnesty International” təşkilatına bağlı media orqanı olan “Amnesty Press”dəavqustun 15-də Dağlıq Qarabağ münaqişəsinə dair yayımlanmış məqaləni və onun müəllifinin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib.
O bildirib ki, bu səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmayıb.
“İ.Rozenqrinin məqaləsi qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Münaqişələrin işıqlandırılması zamanı obyektiv media prinsipləri hər iki tərəfin baxışlarının işıqlandırılmasını tələb etdiyi halda, burada yalnız birtərəfli qaydada təbliğat aparılır. Bu isə onun sifarişli xarakter daşıdığından xəbər verir”, - H.Hacıyev vurğulayıb.**
R.Babayev