“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” ASC “ Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“Bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir”, - məlumatda deyilir.
Azərbaycan prezidenti İlham Əliyev 12 aprel 2016-cı il tarixində “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin yaradılmasına dair sərəncam imzalayıb. **
A.Axundov