“Azərlotereya” ASC lotereya biletlərinin çap edilməsi ilə əlaqədar tender elan edib. Bu barədə ASC-nin elanında deyilir.
Tender qalibinin seçimi zamanı aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.
Tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar sənədləri 2017-ci il oktyabrın 12-dək təqdim edə bilərlər.
Tender proseduru oktyabrın 13-də keçiriləcək. **
A.Axundov