Azərbaycan Mərkəzi Bankı “Ev təsərrüfatlarının istehlakçı davranışları və niyyətləri” sorğusunun keçirilməsi üçün podratçı seçir. Bu barədə AMB-dən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştierak haqqı 150 manatdır.
Şərtlərə əsasən, podratçı 1 dekabr tarixində fəaliyyətə başlamalı və bir il ərzində xidmət göstərməlidir.
Tender təklifləri oktyabrın 13-dək qəbul olunacaq. Tender proseduru 16 oktyabrtarixində keçiriləcək. **
A.Axundov