Cümə axşamı xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək. Bu barədə XİN-nin mətbuat xidmətindən məlumat verilib.
“Avqustun 31-də nazir Elmar Məmmədyarov Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etmək məqsədilə Budapeştə səfər edəcək”, - məlumatda deyilir.
O cümlədən, E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. **
A.Axundov