Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
«Hazırda səfərin yeni tarixinin müəyyən edilməsi üzərində iş gedir», - deyə səfir bu gün jurnalistlərə bildirib.
Qeyd edək ki, R.T.Ərdoğanın səfəri sentyabrın 10-11-də baş tutmalı idi.*
F.İsazadə