Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci ildə 44 kiloqramdan artıq narkotik vasitənin Azərbaycana qanunsuz daşınmasının qarşısı alıb. Bu barədə DTX-nin ictimai əlaqələr şöbəsindənbildirilib
“DTX-nin 2017-ci ildə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb”, - məlumatda deyilir.
Faktlarla bağlı 11 cinayət işi başlanıb. Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycanın 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
“Keçirilmiş baxışlar zamanı 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb aşkarlanaraq götürülüb”, - məlumatda qeyd olunur.
DTX vurğulayır ki, həmin şəxslərdən bir ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edirlərək götürülüb.
“Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib”, - məlumatda bildirilir. **
F.İsazadə