2017-ci ilin yanvar-avqust aylarında manat dollara qarşı 3,936% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Avqust ayında manatın dollara qarşı məzənnəsi 0,0059% möhkəmlənib (iyul ayında manat dollara qarşı 0,07% möhkəmlənib).
Avqustda manatın dollara qarşı orta məzənnəsi iyun ayında qeydə alınmış 1,7017 AZN/$1-ə qarşı 1,7008 AZN/$1 təşkil edib.
Yanvar-avqust aylarında manat avroya qarşı 8,367%, avqustda 1,21% ucuzlaşıb (iyulda manat avroya nisbətən 2,51% ucuzlaşıb).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.**
A.Əzizov