SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-iyul aylarında 4 mln. 336,9 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,9% azdır.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Ümumilikdə, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan üzrə neft hasilatı 22 mln. 499,5 min ton (azalma 9,9%) təşkil edib.
İyulda SOCAR üzrə neft hasilatı 631,5 min ton olub. İyul ay Azərbaycan üzrə neft hasilatı 3 mln. 339 min ton təşkil edib.
2016-cı ildə SOCAR 7 mln. 521 min ton neft hasil edib. **
A.Əzizov