Sentyabrın 5-də prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulmuş məktəblərə baş çəkib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev 62 saylı məktəb-liseydə və 10 saylı tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov təhsil müəssisələrində görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.*
F.İsazadə