Azərbaycan və Rusiya öz ölkələrinin 2018-ci il dövlət büdcəsi layihələrində neftin bir barelinin qiymətini $40 səviyyəsində götürür. Bu barədə Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova çərşənbə axşamı jurnalistlərə bildirib.
“Büdcə, nəzarət fəaliyyəti, neftin qiymətinin yüsək olduğu halda əldə etdiyimiz maliyyə resurslarının qorunmasına ümumi yanaşma nöqteyi-nəzərindən, Azərbaycan və Rusiyanı çox şey birləşdirir. Azərbaycanlı həmkarlarla 2018-ci il dövlət büdcəsində neftin bir barelinin qiymətini $40 səviyyəsində götürdüyümüzə dair fikri bölüşdük”, - T.Qolikova qeyd edib.
Onun sözlərinə görə, MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyası Hesablama Palatalarının icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqənin səmərəlilyinin qiymətləndirilməsi məsələlərinə həsr olunub.
“Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev bizim nümayəndə heyəti ilə görüşdə birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. Çünki bizi eyni problem birləşdirir - neftin qiymətinin ucuzlaşması şəraitində ehtiyatların daha səmərəli istifadəsi. Bu şəraitdə biz büdcəni ortimallaşdırmalı, bütün dövlətlərin büdcələrində göstərilən ilk növbədə sosial öhdəlikləri təmin etmək məqsədilə gəlirli resursları birləşdirməliyik”, - T.Qolikova vurğulayıb.
Xəbər verildiyi kimi, 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 ABŞ dollarından götürülüb. **
A.Axundov, R.Babayev