Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin avqust ayında valyuta hərraclarında $292,6 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Avqust ayı ərzində ARDNF $292,6 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin iyul ayında valyuta hərraclarında $253,2 mln. məbləğində valyuta satıb. Beləliklə, avqustda valyuta satışının həcmiiyul ayı ilə müqayisədə 15,6% artıb.
Yanvar-avqust aylarında ARDNF ümumilikdə $2 mlrd. 233,52 mln. ümumi məbləğində xarici valyuta satıb (ötən ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 32% - İF-Az).
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
A.Əzizov