“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2017-ci ilin yanvar-avqust aylarında 14 mlrd. 905 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-avqust aylarında “Azərenerji” 14,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Beləliklə, 2017-ci ilin yanvar-avqust aylarında artım 0,7% səviyyəsində olub.
Avqustda ”Azərenerji” 2 mlrd. 69 mln. kVt/saat elektrik enerjisi istehsal edib.*
A.Əzizov