1-4 oktyabr tarixlərində İqtisadiyyat Nazirliyi Macarıstanın Budapeşt şəhərinə ixrac missiyası təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“İxrac missiyasına meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, şərab və digər spirtli içkilər, bal və baldan hazırlanan məhsullar, çay məhsulları, fındıq məhsulları, mineral sular, kimya sənayesi məhsulları, mebel və ev əşyaları və tekstil istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri daxil olacaq”, - nazirlikdən qeyd olunub.
Missiyada iştirak etmək arzusunda olan sahibkarlar sənədləri 10 sentyabr tarixinədək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO)təqdimetməlidirlər.
Xəbər verildiyi kimi, 2016-cı ilin noyabr ayında Azərbaycan ixrac həcminin artırılması məqsədilə müxtəlif ölkələrə ixrac missiyaları təşkil edib. **
F.İsazadə