Bir neçə gün əvvəl Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə meydana gələn yanğınlar nəzarət altına alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb. Hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür”, - məlumatda deyilir.
Avqustun 28-də meydana gələn yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub. **
R.Babayev