Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
"R.T.Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etdikdən sonra Azərbaycana gələcək", - deyə o, bu gün Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdə bildirib.
Qeyd edək ki, Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.*
F.İsazadə