Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti 2018-ci ildə keçirilə bilər. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"Biz gələn il Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammitinin keçirilməsi məsələsini müzakirə etdik və dövlət başçılarına bu tədbirin keçirilməsini təklif edəcəyik", - deyə o, bu gün Bakıda türkiyəli və gürcü həmkarları ilə üçtərəfli görüşün yekunları üzrə mətbuat konfransında bildirib.
E.Məmmədyarov əlavə edib ki, dövlət başçılarının sammitinin Türkiyədə keçirilməsi planlaşdırılır.
XİN başçısı xatırladıb ki, nazirlərin əvvəlki görüşü 2014-cü ildə keçirilib.*
F.İsazadə