Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, erməni həmkarı Edvard Nalbandyanla görüşün tarixi hələ müəyyən edilməyib.
“E.Nalbandyanla görüşün keçirilməsi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib”, - deyə o, bu gün mətbuat konfransında qeyd edib.
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü BMT Baş Assambleyasının bu ay Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində baş tuta bilər.*
F.İsazadə