Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Polşanın Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub”, - deyə məlumatda bildirilir.*
R.Babayev