Azərbaycanda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən35 min manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub”, - deyə məlumatda bildirilir.*
R.Babayev