Avtomobil sahiblərinin problemləri benzinlə deyil, istifadə etdikləri avtomobillərin uzun illər istismarı ilə əlaqədardır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov belə hesab edir.
“Azərbaycanda istifadə olunan benzinin keyfiyyəti ilə əlaqədar şikayətlərin sayı çox deyil. Vətəndaşların bəzi müraciətlərini yoxlayırıq. Onların əksəriyyəti texniki səhvlərlə bağlıdır. Ölkəyə Avro-4 və Avro-5 standartlarına uyğun benzin tədarük edilir, bu da köhnə avtomobillərdə müəyyən problemlər yaradır”, - R. Həsənov cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bütövlükdə bu sahədə real problemlər yoxdur. **
F.İsazadə