Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verib.
Bildirilib ki, 1963-cü ildən fəaliyyət göstərən məktəb internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub.
Təhsil müəssisəsi 1,32 min şagird yerlikdir.*
A.Əzizov