Azərbaycan prezidenti tərəfindən təsdiq olunan Starteji Yol Xəritəsi milli iqtisadiyyatın şaxələndirilməsinə yardım edəcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Jeron Villems belə hesdab edir.
“Azərbaycanda iqtisadi islahatların həayata keçirilməsi məqsədilə qəbul edilən Starteji Yol Xəritəsi (prezident İlham Əliyevin 2016-cı ilin dekabr ayında təsdiq etdiyi - İF) milli iqtisadiyyatın şaxələndirilməsinə yardım edəcək və qeyri-neft sektorunun inkişafına təkan verəcək”, - J.Villems cümə axşamı “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi”adlı Avropa İttifaqının maliyyələşdirdiyi Tvinninq layihəsinin təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan məhsulları Avropa bazarına çıxarılır, keyfiyyət sertifikatına malikdir və Aİ-nin akkreditasiya xidmətləri tərəfindən qəbul olunur. “Lakin, bununla yanaşı, əfsuslar olsun ki, Azərbaycan məhsullarının Avropa bazarına çıxışı lazımi səviyyədə təmin edilməyib. Bu layihə Azərbaycan məhsulları barədə məlumatlılığın artırılmasına yönəlib, bu da məhsul ixracının artmasında mühüm töhfədir”, - o qeyd edib.
Bundan başqa, layihənin reallaşdırılması Azərbaycan istehsalçılarına xərcləri azaltmağa, Avropa bazarına çıxışı sadələşdirməyə, akkreditasiya sistemini möhkəmləndirməyə imlan yaradacaq.
J.Villems hesab edir ki, bu layihənin həyata keçirilməsi Azərbaycan və Aİ arasında əməkdaşlığı möhkəmləndirəcək. **
F.İsazadə