2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan banklarının ümumi xalis mənfəəti 216,8 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Bu dövrdə bankların faiz gəlirləri 1 mlrd. 145,6 mln. manat, verilən kreditlər üzrə 845,5 mln. manat təşkil edib.
Hesabat dövrü ərzində bankların faizsiz gəlirləri 497,3 mln. manata bərabər olub.
7 ay ərzində bankların faiz xərcləri 559,1 mln. manat, o cümlədən depozitlər üzrə 222,1 mln. manat, qeyri-faiz xərcləri 553,4 mln. manat təşkil edib.
Yanvar-iyul aylarında bankların xalis əməliyyat mənfəəti 530,4 mln. manat təşkil edib. Bundan başqa, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin ödənilməsi məqsədilə ehtiyatların yaradılmasına 297,3 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 236,1 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 19,3 mln. manat təşkil edib.**
A.Əzizov