SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin yanvar-avqust aylarında qazma işlərinin həcmini ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,1% - 93,646 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Cari ilin yanvar-avqust aylarında SOCAR üzrə istismar qazma işlərinin payı 87,208 min metr, kəşfiyyat qazma işlərinin payı 6,438 min metr təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Avqustda SOCAR üzrə qazma işlərinin həcmi 10,184 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 10,13 min metr, kəşfiyyat qazma işlərinin həcmi 0,054 min metr təşkil edib.
2017-ci ilin yanvar-avqust aylarında qazmadan alınmış 52, avqustda isə 6 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
2016-cı ildə SOCAR üzrə qazma işlərinin həcmi 105,245 min metr təşkil edib.*
A.Əzizov