31 iyul 2017-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 29 mlrd. 708,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə bankların aktivləri 31 mlrd. 439,5 mln. manat məbləğində olub. Beləliklə, 2017-ci ilin yanvar-iyul ayları ərzində bankların aktivləri 5,5% azalıb.
31 iyul 2017-ci il tarixinə bankların kredit portfeli 12 mlrd. 392,9 mln. manat (azalma 22,2%) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 2 mlrd. 836,5 mln. manat (yanvar-iyul aylarında artım 48,6% - İF) təşkil edir.
2017-ci il avqustun əvvəlinə bankların öhdəlikləri 26 mlrd. 872 mln. manata (azalma 9%), Mərkəzi Bank qarşısında öhdəlikləri 616,9 mln. manata (azalma 2,7 dəfə) bərabərdir.
31 iyul 2017-ci il tarixinə Azərbaycanda 31 bank fəaliyyət üçün lisenziyaya malikdir. Hazırda ölkədə xarici kapitala malik 16 bank fəaliyyət göstərir. Bankların 560 filialı və 141 şöbəsi var.
“Azərbaycanın bank sektorunda 16,123 min nəfər (azalma 4,9%) çalışır”, - deyə məlumatda bildirilir.*
A.Axundov