Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmindir.
Sentyabrın 7-də prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Prezident vurğuladı ki, Azərbaycan Respublikası ilə Rusiya arasında bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi və qeyd etdi ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səfəri gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır”, - məlumatda qeyd olunur.
İ.Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğuladı. Onun sözlərinə görə, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir.“Prezident Azərbaycanın qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlı olduğunu və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyduğunu ifadə etdi”, - məlumatda vurğulanır.
İ.Əliyev əlavə edib ki, bu danışıqların Bakıda keçirilməsi həm Azərbaycana olan etimadın nümunəsidir, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir.
Öz növbəsində V.Gerasimov Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini dedi. Onun sözlərinə görə, ölkələr arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. **
F.İsazadə