13-17 sentyabr tarixlərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycanm üzrə həmməruzəçiləriŞtefan ŞennaxvəSezar Florin PredaBakıya səfər edəcəklər.
“Cümə axşamı Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iclaslarda iştirak ediblər.
Komitənin Azərbaycan üzrə həmməruzəçiləri Ştefan ŞennaxvəSezar Florin Predanın sentyabrın 13-dən 17-dək ölkəmizə səfəri razılaşdırılıb”, - “AzərTAc” informasiya agentliyi məlumat verir.
AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məruzə layihəsinin ilkin variantı təsdiqlənib. **
R.Babayev