Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Nazir Elmar Məmmədyarov Draqana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzulayıb. **
R.Babayev