Cümə axşamı Odessa şəhərində Azərbaycan, Ukrayna, Gürcüstan, Polşa və İran dəmir yolları idarələrinin rəhbərləri Hindistan və Fars körfəzi ölkələrini Avropa İttiafqı ilə birləşdirən yeni “Cənub-Qərb” nəqliyyat marşrutunun inkişafı üzrə Əlaqələndirmə Komitəsi yaradıblar.
Marşrut iştirakçıları yeni yolun əsas normativ sənədlərini təsdiq və tarifləri müəyyən ediblər. Onların qiymətləndirməsinə görə, logistika xəritənin təklif etdiyindən onlar ən yaxşıdır.
“Nəqliyyat dəhlizinin böyük gələcəyi var. Bu, ölkələrimizə ticarəti artırmağa və yeni iş yerləri yaratmağa imkan verəcək”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Odessa vilayəti yeni beynəlxalq nəqliyyat əlaqəsində mühüm rol oynayır. Konteynerlər Çernomorsk şəhəri limanından Batumiyə və geri göndəriləcək, sonra tranzit ilə Ukraynadan keçməklə Çernomosrkdan Polşanın Slavkuv və İzova göndəriləcək.
“Укразалізниці” ASC-nin İdarə heyətinin sədri Yevgeni Kravtsovun sözlərinə görə, hazırda Ukraynanın ticarət dövriyyəsinin həcmi təxminən 300 mln. ton təşkil edir. İlkin qiymətləndirmələrə əsasən, bir neçə il ərzində bu marşrut vasitəsilə əlavə 2,5 mln. tona yaxın cəlb etmək mümkün olacaq.
Yeni marşrutun hər 5 iştirakçısı magistralın inkişafına öz töhfəsini verəcək. Xüsusilə, Ukrayna gələn il Çernomorsk-İzov trasının 100 km.-dən çoxunu, o cümlədən, il ərzində “Çernomorsk” limanında iki bərəni təmir işlərini həyata keçirmək istəyir.
C.Qurbanov əlavə edib ki, marşrut artıq istifadəyə verilib. Hazırda qatarları relsə buraxmaq məqsədilə yüklər cəlb olunur. Qatarların bir neçə aydan sonra tam həcmdə istifadə olunacağı planlaşdırılır.
“Cənub-Qərb” nəqliyyat marşrutunun əsas üstünlüyü ölkələr arasında daşımaların müddətini kifayət dərəcədə azaltmasıdır: yüklər 35 gün əvəzinə 12 günə 7 km məsafəni qət edəcək. **
A.Əzizov