ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonen hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhə dialoq vasitəsilə nail olmaq mümkündür.
“ATƏT PA-nın sessiyalarında Qarabağ məsələsinə dair müzakirələrin olacağına əminəm. ATƏT məkanında münaqişələr böyük əhəmiyyət kəsb edir. Kristian Vigenin (ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi) bu məsələnin həlli axtarışında çox fəaldır. Dailoq sayəsində sülhün əldə olunması mümkündür”, - K.Muttonen Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Bakıya cari səfəri çərçivəsində onun Qarabağ münaqişəsi zonası yaxınlığında regionlara səfəri nəzərdə tutulmayıb. Lakin, Azərbaycana gələcəkdə səfərlər zamanı bu cür səfərlər mümkündür.
O cümlədən, K.Muttonen Bakı və Assambleya arasında yaxşı münasibətlərin mövcudluğunu qeyd edib. “Azərbaycanla yaxşı işgüzar əlaqələrimiz var”, - o vuğrulayıb.
Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Kristin Muttoneni qəbul edib. **
F.İsazadə