Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəməyəcək. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni müzakirə edib.
“Prezident İ.Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu deyib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə