Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm bazarının nüfuzunu qorumaq məqsədilə üzrə “qara siyahı”nın tətbiqini genişləndirəcək. Bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bəyan edib.
“Azərbaycan Turizm Assosiasiyası əvvələr də belə siyahını tətbiq edirdi və indi onu bərpa etmək qararına gəlib. Bu siyahiya bütün turizm sənayesi iştirakçıları – tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək”, - N.Bağırov Assosiasiyanın rəsmi www.azta.az saytına müsahibəsində bildirib.
O qeyd edib ki, siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcək və hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bunnan sonra siyahıya əlavə olunacaq.
“Belə təcrübə bir çox ölkələrdə tətbiq olunur və yarana bilinəcək risklərin, eləcə də digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir”, - N.Bağırov bəyan edib.
O, həmçinin Assosiasiyanın ölkədən kənarda nümayəndəliklərinin açılması məsələsinə toxunub. N.Bağırovun sözlərinə görə, AZTA-nın artıq Malaysiya, Dubay və Ukraynada nümayəndəlikləri var.
“Ölkə xaricində nümayəndəliklərin olması beynəlxalq turların və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən turizm axınında iştirak etmək kimi qərarın alınmasına səbəb oldu.Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır və biz də bu prosesdə Azərbaycan ərazısını təklif etməklə iştirak etmək istəyirik”, - o vurğulayıb.
N.Bağırov bildirib ki, bu mexanizm ya Azərbaycan uzərindən tranzit kimi və ya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər.
“Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir, ukraynalı həmkarlarımız ilə fəaliyyətin səmərəliliyindən AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turların təşkil edilməsı qərarı asılıdır”, - o əlavə edib. **
F.İsazadə