2016-cı ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların xalis axını 11,2% - $4,5 mlrd.-a qədər artıb. Bu barədə Asiya İnkişaf Bankının “Asiya və Sakit okeanı regionu üzrə əsas göstəricilər” adlı hesabatında deyilir.
“Ötən il Azərbaycan iqtisadiyyatına BXİ-nin xalis axını 2015-ci ildə $4 mlrd. 48 mln.-a qarşı $4 mlrd. 500 mln. təşkil edib”, - hesabatda bildirilir.
Bankın məlumatına görə, 2016-cı ildə birbaşa xarici investisiyaların Azərbaycanda ÜDM-ə nisbəti 2015-ci ildə 7,6%-ə qarşı 11,9% təşkil edib. **
A.Axundov