2017-ci il avqustun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 101,2 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2016-cı ilin sonuna AMB-nin valyuta ehtiyatları $3 mlrd. 974,4 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 28,3% artıb.
Avqust ayında AMB-nin valyuta ehtiyatları $68,1 mln. və ya 1,3% artıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə Mərkəzi Bankın valyuta ehtiyatları 20,8% azalıb.*
A.Axundov