2017-ci il avqustun 1-nə əhalinin bank əmanətləri 6 mlrd. 860,7 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin sonuna əhalinin bank əmanətləri 7 mlrd. 448,7 mln. manat təşkil edib. Beləliklə, 2017-ci ilin yanvar-iyul aylarında əhalinin bank əmanətləri 7,9% azalıb.
İyul ayında əhalinin bank əmanətləri 46,4 mln. manat və ya 0,7% azalıb.
2016-cı ildə Azərbaycanda əhalinin bank əmanətləri 21,4% azalıb.*
A.Əzizov