2017-ci il avqustun 31-nə Azərbaycanda pul bazasının həcmi 8 mlrd. 468,4 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
31 dekabr 2016-cı il tarixinə pul bazasının həcmi 7 mlrd. 860,5 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-avqust aylarında pul bazası 7,7% artıb.
Avqustda pul bazası 1,6% və ya 135,5 mln. manat artıb.
Ötən il Azərbaycanda pul bazası 13,9% artıb.*
A.Axundov