Qəbələ rayonunda meşə yanğınları tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının məsi əməliyyatı başa çatıb”, - məlumatda deyilir.
Həyata keçirilmiş təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb.
“Yanğın nəticəsində əhali arasında xəsarət alan olmayıb”, - məlumatda bildirilir.
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb edilib.
FHN sentyabrın 1-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsinə başlayıb. **
F.İsazadə