Cümə günü Azərbaycan Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına 100 ton humanitar yardım göndərib.
Humanitar yardım prezident İlham Əliyevin göstərişinə əsasən göndərilib.
Yardıma 20 ton şəkər tozu, 20 ton un, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd daxildir”, - fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Myanmar hökuməti Rakhayn ştatında islam döyüşçüləri hesab etdikləri Rohingya müsəlmanlarına qarşı əməliyyat həyata keçirir. Birma KİV-i onları “benqal terrorçuları” addlandırır. Toqquşmalar nəticəsində 400 nəfər həlak olub. Onların 350-dən çoxu Rohingya müsəlmanlarıdır.
Rakhayn ştatında Rohingya müsəlmanları və buddizm məzhəbinə qulluq edən birmalılar arasında münaqişə uzun illərdir davam edir.
Rohingya müsəlmanları özlərini müasir Myanmarın Rakhayn ştatı ərazisinin yeerli əhalisi hesab edirlər. Baxmayaraq ki, əksər tarixçilər hesab edirlər ki, Rohingya müsəlmanları Britaniyanın müstəmləkəçi hökmranlığı dövründə Myanmara köçüblər. Əsas din buddizmin olduğu Myanmar hökuməti və ictimai rəy Rohingya müsəlmanlarını Banqladeşdən qeyri-leqal miqrantlar hesab edirlər, bu səbəbdən onlara vətəndaşlıq verməkdən imtina edirlər.
BMT-nin rəyinə əsasən, Rohingya müsəlmanları dünyada ən çox sıxışdırılan azlıq xalqlarından bidirir. **
F.İsazadə