Çinin xarici işlər naziri Vanq Yi Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
O, Azərbaycanın Pekindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Çinlə əlaqələrə xüsusi əhəmiyyət verir və əməkdaşlığın daha da inkişafında maraqlıdır”, - deyə Ə.Zeynallı bildirib.
Səfir Azərbaycanın Çinin “Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə Pekinlə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib.
Nazir V.Yi Azərbaycan XİN başçısı Elmar Məmmədyarov tərəfindən Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib.
O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edib.*
F.İsazadə