Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə rəsmi səfərə yola düşüb. Bu barədə nazirlikdən məlumat verilib.
İsrailin müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə nazir general-polkovnik Zakir Həsənov Tel-Əviv şəhərinə yola düşüb”, - məlumatda deyilir.
Rəsmi səfər çərçivəsində Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub. **
R.Babayev