2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 93,3 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 84,8 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyul ayında AİF-in agent bankları tərəfindən 16,5 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-iyul aylarında fond 38,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (artım 32%).
Hesabat dövründə AİF 135 mln. manat məbləğində istiqraz yerləşdirib (2016-cı ilin yanvar-iyun aylarında istiqraz yerləşdirilməyib – İF).
Yanvar-iyul aylarında AİF sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 28,8 mln. manat, iyun ayında 4,6 mln. manat alıb.**
A.Əzizov