Azərbaycan prezidentiİlham Əliyevvə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentiSuma Çakrabarti islahatların davam etdirilməsinin zəruriliyi və respublika iqtisadiyyatının şaxələndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə bankdan məlumat verilib.
“Sentyabrın 8-də AYİB prezidenti Suma Çakrabartinin iqtisadi və siyasi məsələlərin müzakirəsi məqsədilə Azərbaycana qısa səfəri başa çatıb. Azərbaycan prezidentiİlham Əliyevlə görüş zamanı iqtisadi və siyasi mühitə dair səmimi söhbət aparılıb, o cümlədən islahatların davam etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyiqeyd olunub. Hökumət nazirləri ilə sonrakı görüşlərdə bu məsələlərin araşdırılması davam edib”, - məlumatda deyilir.
AYİB prezidenti AzərbaycanınMədən Sənayesində Şəffaflıq Təşəbbüsündə(EITI) fəaliyyətinin dayandırlmasına baxmayaraq, ən yüksək ekoloji və sosial standartları tətbiq etdiyini bildirib. “Azərbaycan hökuməti AYİB prezidentini mədən sənayesində şəffaflıq prinsipləri və gəlirlərin şəffaflığını tətbiqini davam etdirəcəyinə əmin edib. Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşlərdə bu və digər məsələlər müzakirə olunub”, - məlumatda vurğulanır.
AYİB-in Azərbaycandakı səylərti iqtisadiyyatı şaxələndirməyə və enerji və təbii ehtiyatlardann asılılığı azaltmağa yönəlib. “Bank özəl sektorda bir çox kiçik, qeyri-enerji layihələrə investisiya yatırıb. Onların hər biri özəl sektorun inkişafına və ixtisaslaşdırmanın artırılmasına müsbət təsir göstərir. Bankın Azərbaycandakı sərmayələrinin 68%-i vətəndaş cəmiyyətinin əsas hissəsi olan özəl sektorun payına düşür”, - məlumatda bildirilir. **
A.Əzizov