23-25 sentyabr tarixlərində Bakı Expo Mərkəzində “Shoesstar Caspian ayaqqabı və dəri malları” beynəlxalq sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Sərgidə Almaniya, Portuqaliya, İspaniya, İtaliya, Çin, Braziliya, Ukrayna, Özbəkistan və Rusiyanın aparıcı şirkətlərinin ayaqqabı, çanta və dəri məmulatlarına qulluq üçün vasitələri təqdim olunacaq”, - Fonddan qeyd ediblər.
İlk dəfə Bakıda keçiriləcək sərgi-təqdimat dünya ayaqqabı industriyasının son tendensiyaları və trendlərini əks etdirəcək.
Sərgi Azərbaycan və Gürcüstan Ticarət və Sənaye Palatalarının dəstəyi ilə keçiriləcək.
A.Əzizov